Kanada rəsmisi: WUF13 ölkələrə mənzil və evsizlik problemlərinin həllində kömək edir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkələrə mənzil əlçatanlığı və evsizliklə bağlı problemlərin həllində yeni yanaşmalar tapmaq imkanı yaradır.
Bunu “APA-Economics”ə açıqlamasında Kanadanın Mənzil, İnfrastruktur və İcmalar Nazirliyinin Mənzil və Evsizlik Departamentinin Hökumətlərarası və Xarici Tərəfdaşlıqlar üzrə Baş direktoru Şeri Reddin deyib.
Onun sözlərinə görə, Kanada nümayəndə heyəti forumda ölkədə mənzil bazarı, evsizlik, mənzil təklifi və əlçatanlıqla bağlı mövcud vəziyyət, eləcə də bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı təqdimat edib.
“Biz bura həm öz təcrübəmizi bölüşmək, həm də digər ölkələrin təcrübəsini öyrənmək üçün gəlmişik. Məqsədimiz faydalı təcrübələri Kanadaya apararaq yerli şəraitə uyğun tətbiq etməkdir”, – deyə Şeri Reddin bildirib.
O qeyd edib ki, mənzil və evsizlik problemləri bir çox ölkə üçün ortaq çağırışdır və heç bir ölkə bu məsələləri təkbaşına tam həll edə bilməz.
“Bir-birimizdən öyrənməli, ən yaxşı təcrübələri nəzərdən keçirməli və onları öz ölkəmizin şəraitinə uyğunlaşdırmalıyıq”, – deyə o vurğulayıb.
Kanadalı rəsmi forumun nəticəsində əldə olunacaq bir və ya iki əsas ideyanın belə ölkənin mənzil siyasətinə və maliyyə mexanizmlərinə inteqrasiya olunmasının əhəmiyyətli olacağını bildirib.
Şeri Reddin əlavə edib ki, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gələcəyin daha dayanıqlı və yaşana bilən şəhərlərinin qurulmasına mühüm töhfə verir.
Oxşar xəbərlər
Kanada rəsmisi: WUF13-də əldə olunan təcrübə ölkəmizin mənzil siyasətinə töhfə verəcək
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Həsən Al-Attas: Azərbaycanda mənzil tikintisi layihələri diqqət çəkir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
