UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
sizinxeber.az xəbər saytı

UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib


Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə dünya paytaxtına çevrilib.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda WUF13-ün açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qlobal şəhərsalma gündəliyi heç vaxt çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm əsas kimi götürülməyib.

"Əgər biz şəhərsalmanı inkişaf etdirməsək, öz vədimizi övladlarımız qarşısında sındırmış olacağıq. Bu bizim üçün sadəcə bir şüar deyil, həm də çağırışdır. Eləcə də bu çağırış tədbirlərinin görülməsi real dünya və iqtisadiyyata söykənməlidir. Bu mənada, biz düzgün siyasət yeritməli, bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasına çalışmalıyıq".

Nqa Kor Minq sonda təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.

Oxşar xəbərlər

"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib
UN-Habitat WUF13-ü təcrübə mübadiləsi üçün əvəzolunmaz platforma hesab edir
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
İlham Əliyev WUF13-ün təşkilində dəstəyə görə UN-Habitat-a minnətdarlığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər