Duşan Vlahoviç "Arsenal"ın transfer siyahısına düşüb
sizinxeber.az xəbər saytı

Duşan Vlahoviç "Arsenal"ın transfer siyahısına düşüb


İtaliyanın "Yuventus" klubunun hücumçusu Duşan Vlahoviç "Arsenal"ın (İngiltərə) transfer siyahısına düşüb.

"Sizinxeber.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "topçular" 26 yaşlı futbolçunu azad agent kimi heyətə qata bilərlər.

Serbiyalı forvardın Turin klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır və onun yayda komandadan ayrılacağı gözlənilir. London təmsilçisi ilə yanaşı, İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları da futbolçunun xidmətində maraqlıdır.

Xatırladaq ki, D.Vlahoviç 2025/2026 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 18 matçda 5 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

Duşan Vlahoviç "Milan" və "Bavariya"nın maraq dairəsinə düşüb
"Yuventus"un hücumçusu Premyer Liqa klubunun maraq dairəsinə düşüb
Duşan Vlahoviç İtaliya A Seriyasında ən çox qazanan futbolçu olacaq
"Yuventus"un əsas hücumçusu zədəsini sağaldıb
"Arsenal" PSJ-nin futbolçusunu transfer etməkdə maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər