İlham Əliyev: Şəhərlərin inkişafı cəsarət və ehtiyatlılıq tələb edir
Azərbaycan Prezidenti İlham Əliyev müasir şəhərlərin inkişafını "Formula-1" yarışı ilə müqayisə edərək, qərarlardakı cəsarəti tarixi irsə həssas münasibətlə uzlaşdırmağın vacibliyini vurğulayıb.
"Report" xəbər verir ki, bu barədə Prezident WUF13-ün rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün, xüsusən də paytaxtlarda şəhər mühitinin inkişafı eyni zamanda həm qətiyyət, həm də ehtiyatlılıq tələb edir.
"Bəzən mən bunu Bakıdakı Formula-1 yarışı ilə müqayisə edirəm, yeri gəlmişkən, bu, azsaylı şəhər traslarından biridir. Əsas düzlükdə sürət saatda 300 kilometri aşır, sonra isə pilotlar sərt tormoz verməli və bolidləri sanki qədim qala divarının bir metrliyindən keçən, eni cəmi yeddi metr olan küçəyə sığışdırmalı olurlar", - İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, şəhərsalma və şəhərlərin modernləşdirilməsi məsələlərində də məhz belə bir balans zəruridir.
"Buna görə də pilotlar cəsur və ehtiyatlı olmalıdırlar. Və biz – qərarlar qəbul edən və inkişaf gündəliyini formalaşdıran liderlər də inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, modernləşdirmədə cəsur olmalıyıq, lakin eyni zamanda söhbət tarixi irsin qorunub saxlanmasından gedəndə çox ehtiyatlı olmalıyıq", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün işinə uğurlar arzulayıb
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev: Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər
İlham Əliyev WUF13-ün təşkilində dəstəyə görə UN-Habitat-a minnətdarlığını bildirib
"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
