Kanada rəsmisi: WUF13-də əldə olunan təcrübə ölkəmizin mənzil siyasətinə töhfə verəcək
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) müzakirə olunan innovativ yanaşmalar və ən yaxşı təcrübələr Kanadada mənzil problemlərinin həllinə töhfə verə bilər.
Bunu “Sizinxeber.az-Economics”ə açıqlamasında WUF13 çərçivəsində Kanadanın Mənzil və İpoteka Korporasiyasının (CMHC) siyasət üzrə vitse-prezidenti Lindsay Neeley deyib.
O bildirib ki, Kanadada gəlirlərlə mənzil qiymətləri və kirayə haqları arasındakı fərqin artması mənzil əlçatanlığı problemini daha da kəskinləşdirir. Bu vəziyyət xüsusilə əhalinin ən həssas qruplarına ciddi təsir göstərir.
“Bu gün mənzil böhranı təkcə Kanadanın problemi deyil, qlobal çağırışdır”, – deyə Lindsay Neeley bildirib.
CMHC rəsmisi qeyd edib ki, WUF13 müxtəlif ölkələrin üzləşdiyi oxşar problemləri və onların həlli yollarını öyrənmək üçün mühüm platformadır.
“Bakıda olmaq və digər ölkələrin təcrübəsini öyrənmək bizim üçün çox dəyərlidir. Növbəti günlərdə mənzil problemlərinin həlli üçün tətbiq edilə biləcək yeni ideyalar və innovativ yanaşmalar haqqında daha çox məlumat əldə edəcəyimi gözləyirəm”, – o vurğulayıb.
Lindsay Neeley əlavə edib ki, forumda əldə olunan bilik və təcrübə Kanadada daha effektiv mənzil siyasətinin formalaşdırılmasına dəstək verəcək.
Oxşar xəbərlər
Kanada rəsmisi: WUF13 ölkələrə mənzil və evsizlik problemlərinin həllində kömək edir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Həsən Al-Attas: Azərbaycanda mənzil tikintisi layihələri diqqət çəkir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
