"Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi" dəyişib
Dövlət Gömrük Komitəsinin Kollegiyası "Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"ndə dəyişiklik edib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı komitənin sədri Şahin Bağırov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə o, bu barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) məlumat verməlidir. İndiyə qədər gömrük işçisi "bilavasitə rəhbərinə" məlumat verirdi.
Gömrük əməkdaşı təkcə maddi və sair nemətləri barədə deyil, həmçinin ona verilən imtiyazlar və ya güzəştləri gömrük orqanına akt üzrə təhvil verməlidir.
Həmçinin gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyini öyrənməlidir.
Oxşar xəbərlər
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
"Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” dəyişib
Gömrük generalı təqaüdə göndərildi
Azərbaycanda qulluq yerini dəyişən gömrük işçiləri pul kompensasiyası alacaq
Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
