Nqa Kor Minq: Bakı müasir inkişafın və gələcəyin simvoluna çevrilib
Bakı qədim İpək Yolunun şəhəri olmaqla yanaşı, bu gün Xəzər sahilində müasir inkişafın və gələcəyin simvoluna çevrilib.
APA xəbər verir ki, bunu Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Assambleyasının Prezidenti Nqa Kor Minq Dünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində çıxışında deyib.
Nqa Kor Minq qeyd edib ki, WUF13 çərçivəsində keçirilən müzakirələr qlobal urbanizasiya və mənzil problemlərinin həlli baxımından xüsusi əhəmiyyət daşıyır: “Dünyanı mənzillə təmin etmək, təhlükəsiz və dayanıqlı şəhərlər qurmaq sadəcə, şüar deyil, təcili fəaliyyət çağırışıdır”.
O bildirib ki, BMT-nin Məskunlaşma Proqramının məlumatına əsasən, hazırda dünyada təxminən 2,9 milyard insan mənzil böhranından əziyyət çəkir və hər dörd nəfərdən biri qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.
Assambleya prezidenti vurğulayıb ki, WUF13 yalnız müzakirə platforması deyil, həm də “Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm imkan yaradır.
Onun sözlərinə görə, WUF13 çərçivəsində qəbul ediləcək hər qərar və qurulacaq hər tərəfdaşlıq daha dayanıqlı və inklüziv şəhərlərin formalaşmasına xidmət etməlidir.
Oxşar xəbərlər
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
BMT-nin Məskunlaşma Assambleyasının Prezidenti: Bu proses beynəlxalq əməkdaşlığı gücləndirmək üçün fürsət yaradır
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
