Prezident: Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər
sizinxeber.az xəbər saytı

Prezident: Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər


Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Torpağın əsl sahibləri məhz belə davranırlar. Onlar dağıtmaq, məhv etmək və insanlara əzab gətirmək üçün gələnlərdən fərqli olaraq qurur, yaradır və dirçəldirlər. Bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alırlar və onların məşğulluğunun təmin edilməsi də hökumətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də onlar üçün mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir. Eyni zamanda insanların məşğulluğu məsələsi də diqqət mərkəzində saxlanılır. Həmin bölgələrdə artıq yaradılmış və gələcəkdə yaradılacaq çoxsaylı sənaye zonaları öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilmiş yüz minlərlə insanın sürətli qayıdışını dəstəkləyəcək”, – dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Anar Quliyev: WUF13-ün ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi, bu, iqlim dəyişikliyinin nəticəsidir
Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur
Prezident İlham Əliyev: Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq
Prezident İlham Əliyev: Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər