UN-Habitat-ın İcraçı direktoru: Bakıda dayanıqlılıq ruhu ilə bir araya gəlmişik
sizinxeber.az xəbər saytı

UN-Habitat-ın İcraçı direktoru: Bakıda dayanıqlılıq ruhu ilə bir araya gəlmişik


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçıları şəhərlərin gələcəyi ilə bağlı məsələləri dayanıqlılıq, qətiyyət və ortaq məqsəd ruhunda müzakirə edirlər.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax bildirib.

“Biz bu gün Bakıda dayanıqlılıq ruhu ilə bir araya gəlmişik. Şəhərlər üçün də məhz bunu istəyirik: dayanıqlılıq, qətiyyət və ortaq məqsəd hissi”, – Anaklaudia Rossbax qeyd edib.

Onun sözlərinə görə, son günlər Azərbaycanda müşahidə olunan güclü yağış və ildırımlı hava şəraitinə baxmayaraq, forum yüksək səviyyədə təşkil olunub.

UN-Habitat rəhbəri bildirib ki, iqlim böhranı, münaqişələr və məcburi köçkünlük fonunda bir milyarddan çox insan hələ də su, kanalizasiya, elektrik enerjisi, layiqli iş və təhsil kimi əsas xidmətlərə çıxış olmadan yaşayır.

O vurğulayıb ki, bu gün şəhərlərin qarşısında duran əsas vəzifə layiqli mənzili hamı üçün əlçatan etməkdir.

Anaklaudia Rossbax əlavə edib ki, bir çox şəhərlərdə gənclər, yaşlılar, miqrantlar və yeni gələnlər mənzil əldə etməkdə çətinlik çəkir, sosial bərabərsizlik isə getdikcə dərinləşir.

Oxşar xəbərlər

Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
UN-Habitat-ın icraçı direktoru Bakıda WUF13-ü açıq elan edib
Rossbax: UN-Habitat Azərbaycana WUF13 üçün məkan təqdim etdiyinə görə minnətdardır
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər