Azərbaycanın 4 ayda metanol ixracından gəlirləri açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 10 milyon 607,75 min ABŞ dolları dəyərində 34 min 228,05 ton metanol (metil spirti) ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 3,4 dəfə, həcmi isə 3,6 dəfə azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 0,23 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,09 % təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Oxşar xəbərlər
Bu ilin I rübündə Azərbaycanın metanol ixracından gəliri açıqlanıb
İki ayda Azərbaycan 4 milyon tona yaxın neft ixrac edib
Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
