Departament müdiri: Azərbaycan Kahramanmaraşda bərpa işlərinə böyük töhfə verib - FOTO
sizinxeber.az xəbər saytı

Departament müdiri: Azərbaycan Kahramanmaraşda bərpa işlərinə böyük töhfə verib - FOTO


Kahramanmaraşda dağıntıların izlərini silmək məqsədilə Azərbaycan dövlətinin dəstəyi ilə 1223 mənzil, 1789 ticarət obyekti, mədəniyyət mərkəzi və ibtidai məktəb inşa edilib.

Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Türkiyə pavilyonunda şəhərsalma ilə bağlı keçirilən sessiyada Kütləvi Mənzil Layihələri və Tədqiqat Departamentinin müdiri Ahmet Kutlu Gayretli deyib.

O bildirib ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsində ticarət obyektləri, ofislər, idman zalı, mədəniyyət mərkəzi, eləcə də ticarət mərkəzi (AVM) mövcuddur: “Kompleksin ərazisində Heydər Əliyev adına məktəb də yer alır. Bu gün bura Kahramanmaraş vilayətinin ən gözəl məhəllələrindən, ən inkişaf etmiş ərazilərindən birinə çevrilib”.

Departament müdiri xüsusilə qeyd edib ki, bu layihədə Azərbaycan dövlətinin böyük töhfəsi olub.

Oxşar xəbərlər

MİDA: Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi yekunlaşır - FOTO - YENİLƏNİB
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO - YENİLƏNİB
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb - FOTO
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO
Türkiyənin təhsil naziri: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin inşası böyük əhəmiyyət kəsb edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər