TBMM sədri nazirə hücumla bağlı CHP liderinə zəng edib, narahatlığını bildirib
sizinxeber.az xəbər saytı

TBMM sədri nazirə hücumla bağlı CHP liderinə zəng edib, narahatlığını bildirib


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlament binasında daxili işlər naziri Ali Yerlikayaya hücumla bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə zəng edib.

“Report” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

N.Kurtulmuş sözügedən məsələ ilə bağlı müxalifət liderinə narahatlığını bildirdiyini diqqətə çatdırıb: “Ona dedim ki, bugünkü hadisə xalqımızın əksər hissəsini narahat edən çirkin görüntüdür”.

Parlament sədri hücumun qəbuledilməz olduğunu bildirib: “Parlament müzakirə və siyasi mübarizə yeridir, amma heç bir millət vəkilinin xalq üçün çalışan bir nazirə hücum edəcəyi yer deyil”.

Qeyd edək ki, bu gün CHP üzvləri TBMM-də A.Yerlikayaya hücum edib.

Məlumata görə, millət vəkilləri nazirin son qəyyum təyinatlarına etiraz ediblər.

Hadisəyə münasibət bildirən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bunu qəbuledilməz adlandırıb. O, CHP-dən üzr tələb edib.

Oxşar xəbərlər

TBMM sədri parlament müxalifəti ilə konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: Beynəlxalq təşkilatlar yenidən formalaşmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: Türkiyə regionda qurulan oyunları poza bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər