Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir
Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.
Prezidentin sözlərinə görtə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək:
"Biz qonşumuz İrandan bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Biz istəyirik ki, bu mühitdən hamı faydalansın. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc gətirəcək, ölkələri zamanla yaxınlaşdıracaq".
Türkiyə lideri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və inkişaf fəaliyyətini qətiyyətlə dəstəklədiyini də əlavə edib.
Onun sözlərinə görə, Türkiyə illərdir, davam edən iztirabların qarşısının alınmasına, Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət verir:
"Türkiyə Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayır. Sülh sazişinin mətni üzrə əldə olunan razılaşmanı da sabitliyə gedən yolda mühüm inkişaf kimi görür və bu prosesin tez bir zamanda yekunlaşmasını arzu edir. Müharibənin qalibi Can Azərbaycan həm də regionda sülhün memarı kimi meydana çıxıb".
Oxşar xəbərlər
Ərdoğan: Naxçıvanla enerji sahəsində bağlarımızın güclənməsi ilə əlaqələrimiz daha da intensivləşəcək
Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
