Litva XİN: Aİ bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlayacaq
sizinxeber.az xəbər saytı

Litva XİN: Aİ bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlayacaq


Avropa İttifaqı (Aİ) mayın 20-də Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlamalıdır.

“Report” “Independent”ə istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edən Aİ eyni gündə 18-ci paket üzərində işə başlamalıdır.

"18-ci sanksiya paketi Rusiyanı həqiqətən də ağrılı yerindən vurmalıdır - enerji, mayeləşdirilmiş təbii qaz, neft, nüvə yanacağı və maliyyə qurumları hədəflərimiz olmalıdır", - o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Aİ-nin 17-ci sanksiya paketi Rusiyanın "kölgə donanması"nın təxminən 200 gəmisini əhatə edir. Bu gəmilər Moskvanın xam neft tədarükünə tətbiq edilən sanksiyalardan yayınmasına kömək etməkdə ittiham olunur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Rusiyaya qarşı daha sərt sanksiyaları əhatə edən 18-ci paketin hazırlanması barədə bəyanatla çıxış edib.

Oxşar xəbərlər

Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır
Rusiyaya qarşı 17-ci sanksiya paketinə 189 gəmi daxil edilib
Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər