Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir
sizinxeber.az xəbər saytı

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni 17-ci sanksiya paketi üzərində işləyir.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye brifinqdə bildirib.

"Artıq 16 sanksiya paketi qəbul etmişik və indi 17-ci paket üzərində iş gedir. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin müttəfiqlərinə Ukraynada nizamlanma planı təqdim etdiyi, bu plana Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının daxil olduğu barədə məlumat verilmişdi.

Oxşar xəbərlər

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə ediblər
Bloomberg: Aİ Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul etməyi planlaşdırır
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini yanvarın 27-də müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle