Ərdoğan və Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan əvvəl görüşəcəklər - YENİLƏNİB
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların başlanmasından əvvəl Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski Ankarada görüşəcəklər.
“Report” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların nahardan sonra başlanması gözlənilir.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” mənbəyə istinadən xəbər verib.
Qeyd olunub ki, səhər saat 9-dan Türkiyə prezident administrasiyasının İstanbuldakı iş ofisinin ərazisi çoxlu sayda polis və hərbçilər tərəfindən mühafizə olunur, orada bir neçə polis avtobusu və etirazların qarşısını almaq üçün istifadə edilən su şırnaqları da yerləşdirilib.
Oxşar xəbərlər
Ərdoğanın Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüşləri planlaşdırılmır
Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB
Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













