Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
sizinxeber.az xəbər saytı

Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Rusiya – Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı aparıb”, – mətbuat xidməti bildirib.

Qeyd olunub ki, ölkə liderləri Türkiyə – Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

“Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib”, – məlumatda diqqətə çatdırılıb.

Türkiyə lideri “əhatəli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazımi şəraiti təmin edəcəyini, açılan fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu” vurğulayıb.

Oxşar xəbərlər

Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Putinə Ankaranın Rusiya-Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama... [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər