Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB


Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımında bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar sülhün irəliləməsi üçün bir fürsətdir.

13:06

Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

“Report”un məlumatına görə, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Görüş Ciddə şəhərində keçirilir.

ABŞ tərəfini danışıqlarda dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil edir.

Ukrayna nümayəndə heyətinə xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov daxildir.

Tərəflər ABŞ-nin yardımının bərpası, eləcə də Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanında işgüzar səfərdədir. Lakin o, danışıqlarda iştirak etməyəcək.

Oxşar xəbərlər

Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çox çətin olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər