Ermənistanda dörd nəfəri öldürən, yeddi nəfəri yaralayan şəxs ömürlük həbs cəzası alıb
Ermənistanın Araqasotn vilayətinin Şamiram kəndində kütləvi qətl törədən Telman Kalaşyan ömürlük azadlıqdan məhrum edilib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
"Məhkəmə T.Kalaşyanı dörd nəfəri öldürməkdə və yeddi nəfəri yaralamaqda təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib", - məlumatda bildirilib.
Hadisə 2017-ci il avqustun 1-də Şamiram kənd qəbiristanlığı yaxınlığında keçirilən yas mərasimi zamanı baş verib. İş materiallarına əsasən, Kalaşyan anım mərasiminin keçirildiyi məkana daxil olub və orada olanlara atəş açıb. Nəticədə dörd nəfər hadisə yerində ölüb, yeddi nəfər xəstəxanaya yerləşdirilib.
İstintaq müəyyən edib ki, cinayət şəxsi qisas zəminində törədilib. Kalaşyan ona külli miqdarda - 75 min dollar borclu olan iki qardaşın qohumlarını öldürməklə onlardan qisas almaq qərarına gəlib.
Oxşar xəbərlər
Britaniyada 3 qızı öldürən şəxs 52 illik həbsə məhkum edilib
Bu ilin yeddi ayında Azərbaycanda 799 nəfər İİV-ə yoluxub, 13-ü əcnəbidir
Türkiyədə terrorçuya 40 qat ömürlük həbs cəzası təsdiqlənib
Rus Dram Teatrının aktyorunu və arvadını öldürməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib
Havay ştatında silahlı insidentdə 4 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













