Rus Dram Teatrının aktyorunu və arvadını öldürməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib
Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, müttəhim ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il oktyabrın 22-də Bakının Nəsimi rayonunda baş verib.
İttihama görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı öldürüb.
O, Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə ittiham olunub.
Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Bakıda 85 yaşlı aktyoru və arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Bakıda aktyor və arvadını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
Bakıda aktyor və arvadını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib - FOTO
Bakıda Rus Dram Teatrının aktyoru və həyat yoldaşı qətlə yetirilib, saxlanılan var
Bakıda aktyor və arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













