Suriyada 3 türkmana vəzifə verilib
sizinxeber.az xəbər saytı

Suriyada 3 türkmana vəzifə verilib


Suriya Prezidenti Əhməd Əl Şaraa Xalq Məclisində 3 türkmana vəzifə verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfiri "X" sosial şəbəkə hesabında yazıb.

"Suriya Prezidenti Əhməd Əl Şaranın bu gün etdiyi təyinatlarda Xalq Məclisinə 3 türkmən qardaşımız da seçilib", - N. Yılmaz bildirib.

Onun sözlərinə görə, Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb:

"Türkman qardaşlarımızı da xüsusən təbrik edir, güclü Suriya üçün xeyirli xidmətlər diləyirəm".

Oxşar xəbərlər

Suriya Türkman Məclisinin 7-ci qurultayı keçirilib, rəhbərlik seçilib
Türkiyə və Azərbaycanın diplomatları Suriyada görüşüblər
Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək
Azərbaycan Prezidenti Suriya lideri Əhməd Əl Şaraa ilə görüşüb
Suriyada yeni hakimiyyətin lideri: Prezidentliyə namizəd olmağa hazıram

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər