Britaniyada 3 qızı öldürən şəxs 52 illik həbsə məhkum edilib
sizinxeber.az xəbər saytı

Britaniyada 3 qızı öldürən şəxs 52 illik həbsə məhkum edilib


Böyük Britaniyanın Sauthport şəhərində yeniyetmə Aksel Rudakubana üç qızı qətlə yetirdiyinə görə 52 il müddətinə azadlıqdan məhrum edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

"Mən onu minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edirəm. O, 175 gün həbsdə olub, ona görə də minimum həbs müddəti 51 il 190 gün olacaq", - hakim Julian Qus hökmü elan edib.

Qus əlavə edib ki, cinayəti törədən zaman qatilin 17 yaşı olduğu üçün minimum müddət göstərmədən məhkuma zəmanətli ömürlük həbs cəzası verə bilməz.

Hökm elan olunan zaman Rudakubananın özü məhkəmə zalında olmayıb. O, səhhətinin pis olması ilə bağlı qışqıraraq iclası pozmağa cəhd etdiyindən məhkəmə zalından çıxarılıb. Lakin cinayətkarı müayinə edən həkimlər onun səhhətində problemin olduğunu təsdiqləməyiblər.

Oxşar xəbərlər

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub
Türkiyədə terrorçuya 40 qat ömürlük həbs cəzası təsdiqlənib
Ermənistanda 6 il davam edən məhkəmə yekunlaşıb, polis polkovniki ömürlük həbsə məhkum edilib
Serbiyada məktəbdə 10 nəfəri öldürən yeniyetmənin valideynlərinə hökm oxunub
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər