İran Prezidenti: Dialoqa açığıq, nailiyyətlərimizi kompromisə qurban verməyəcəyik
sizinxeber.az xəbər saytı

İran Prezidenti: Dialoqa açığıq, nailiyyətlərimizi kompromisə qurban verməyəcəyik


Biz sülh və təhlükəsizlik istəyirik, dialoqa açığıq, ancaq ləyaqət və qürurla nailiyyətlərimizdən əl çəkməyəcək və kompromisə getməyəcəyik.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian nüvə texnologiyaları milli günü ilə bağlı keçirilən tədbirdəki çıxışında deyib.

Məsud Pezeşkian ölkəsinin “terrorizmin qurbanı” olduğunu vurğulayıb: “Bu ölkənin işinə sadiq, müdrik, qürurverən 23 mindən çox ən yaxşı insanı terrorun qurbanı olub”.

İran Prezidenti müharibə axtarmadıqlarını, ancaq alimlərinin bilik və gücündən istifadə edərək istənilən təcavüzə qətiyyətlə qarşı duracaqlarını bildirib: “Nə qədər bizə çox zərbə vursalar, bir o qədər güclü olacağıq. Bizə qarşı olan bütün təhdidə daha güclü müqavimət göstərəcəyik”.

Oxşar xəbərlər

İran Prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bəyan edib
Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır
İran Prezidenti ABŞ-a səfər edəcək
İran Prezidenti: Biz müharibə istəmirik
İranın birinci vitse-prezidenti: Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle