Sorğu: Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır
Ermənistanda respondenlərin təxminən 66 %-i ölkənin baş naziri Nikol Paşinyanın işini bəyənmir.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral - 6 mart tarixlərində Ermənistanda keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Sorğuda 1 100 respondent iştirak edib.
MPG-nin məlumatına görə, sorğuda iştirak edənlərin yalnız 9 %-i baş nazirin fəaliyyətindən tam razıdır.
Eyni zamanda, sorğunun nəticələrinə görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının reytinqi 0,5 % yüksəlib. Ermənistan vətəndaşlarının 11,8 %-i parlament seçkilərinin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə hakim qüvvəyə səs verməyə hazır olduğunu bildirib.
MPG-nin məlumatına görə, respondentlərin 73 %-i ölkədəki siyasi vəziyyəti qeyri-sabit, 6,4 %-i isə tam sabit hesab edir.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının 60 %-ə qədəri konstitusiyanın dəyişdirilməməsinin tərəfdarıdır
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
Paşinyanın partiyasının reytinqi minimal səviyyəyə düşüb
Sorğu: Ermənistan vətəndaşlarının 55 faizi ölkənin Aİ-yə üzv olması ideyasını dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
