Paşinyanın partiyasının reytinqi minimal səviyyəyə düşüb
sizinxeber.az xəbər saytı

Paşinyanın partiyasının reytinqi minimal səviyyəyə düşüb


Vətəndaşların yalnız 11,3 %-i yaxın bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, hakim "Mülki müqavilə" partiyasına səs verərdi.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Gallup International Association”ın nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.

"Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir", - o qeyd edib.

A.Navasardyanın sözlərinə görə, bu, 20-22 yanvar tarixlərində 1,1 min vətəndaş arasında keçirilmiş sorğunun nəticələrinə əsasən məlum olub.

Baş nazir Nikol Paşinyanın partiyasından sonra reytinqdə ikinci yerdə qalmaqallı videobloger Vardan Qukasyan ("Doq") tərəfindən yaradılan DOK partiyası qərarlaşıb. DOK-a respondentlərin 6,8 faizi səs verməyə hazırdır. İlk üçlüyü 6,5 % reytinqlə ikinci prezident Robert Koçaryanın "Hayastan" bloku tamamlayır.

Oxşar xəbərlər

KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
Sorğu: Ermənistan vətəndaşlarının 55 faizi ölkənin Aİ-yə üzv olması ideyasını dəstəkləyir
Paşinyanın keçmiş partiyadaşları ona qarşı birləşirlər
Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər