Tsulukiani: AŞPA-nın Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir
sizinxeber.az xəbər saytı

Tsulukiani: AŞPA-nın Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir


AŞPA Monitorinq Komitəsinin Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri, “Gürcü Arzusu”nun üzvü Tea Tsulukiani qurumun iclasında çıxışında bildirib.

Tsulukiani xatırladıb ki, Monitorinq Komitəsi Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən şərtlərlə tanıyıb.

O, bəzi şərtləri problemli hesab etdiklərini vurğulayıb.

Tsulukianinin sözlərinə görə, “Gürcü Arzusu” hökuməti və onun 1 100 000-dən çox seçicisi sülhü qoruyur: "Heç kimə ölkədə qeyri-sabitlik yaratmağa imkan verilməyəcək".

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, “xarici agentlər” haqqında qanunun ləğvi tələb olunub.

Oxşar xəbərlər

AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib
Orban: Gürcüstanda seçkilərin demokratik keçdiyini heç kim inkar edə bilməz
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatıb, “Gürcü Arzusu” qalibdir
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatlb, “Gürcü Arzusu” qalibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər