Orban: Gürcüstanda seçkilərin demokratik keçdiyini heç kim inkar edə bilməz
Gürcüstanda parlament seçkilərinin demokratik keçdiyini heç kim inkar edə bilməz.
“Sizinxeber.az” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Gürcüstanda seçkilərin nəticələri danılmazdır, onlar azad və demokratik keçib. Avropada hələ mübahisələr olacaq, bunu ciddi qəbul etmək lazım deyil. Əgər liberallar qalib gəlirsə, Brüsseldə deyirlər ki, demokratiya var. Mühafizəkarlar qalib gəlirsə, demokratiyanın olmadığını bildirirlər. Bu, adi haldır", - o vurğulayıb.
Macarıstanın Baş naziri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabrda keçirilən seçkilərin nəticələrinə əsasən, hakim partiya 53,93 % səs toplayıb.
Oxşar xəbərlər
Orban: Gürcüstanda azad və demokratik seçkilər keçirilib
Peter Siyarto: Gürcüstanın hakim partiyası kənar müdaxilələrə baxmayaraq seçkilərdə qalib gəlib
Gürcüstanın hakim partiyası parlament seçkilərində 54 faizlə qalib gəlir - YENİLƏNİB
Gürcüstanda keçiriləcək parlament seçkilərində 13 azərbaycanlı mübarizə aparacaq
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













