Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Kobaxidzenin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir.
“Gürcüstanın baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş keçirəcək. İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində çıxışı, həmçinin müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələrində iştirakı planlaşdırılır”, - məlumatda qeyd olunub.
Hökumət başçısını Azərbaycana səfərində onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcək.
Oxşar xəbərlər
Kobaxidze “Avropa siyasi birliyi”nin 5-ci zirvə toplantısında iştirak edəcək
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













