Ermənistanda deputatın ölümü ilə bağlı cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Ermənistanda deputatın ölümü ilə bağlı cinayət işi açılıb


Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan 36 yaşlı deputatı Mqer Saakyanın ölümü ilə bağlı cinayət işi açılıb.

“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Cinayət işi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə (Ermənistan Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci bəndi) açılıb.

"Hazırda qəzanın ilkin versiyası yoxdur", - qurumdan bildirilib.

Qeyd edək ki, ötən gün deputat Mqer Saakyan yol-nəqliyyat hadisəsində həlak olub. İlkin məlumata görə, onun idarə etdiyi “Honda Accord” markalı avtomobili yoldan çıxaraq xəndəyə aşıb.

Oxşar xəbərlər

Ermənistan parlamentinin deputatı yol qəzasında ölüb
Maqadanda baş vermiş yanğında 3 uşaq daxil olmaqla 4 nəfər həlak olub
Özbəkistanda hoteldə üç nəfərin ölümü ilə bağlı dörd şübhəli şəxs həbs edilib
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub, cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər