sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub, cinayət işi açılıb
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.
Oxşar xəbərlər
Balakəndə qəza olub, sürücü ölüb - YENİLƏNİB
Balakəndə qəza olub, sürücü ölüb
Masallıda ölümlə nəticələnən avtoqəza olub
Qaxda motosiklet qəzaya uğrayıb, sürücü ölüb, cinayət işi açılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
