Maqadanda baş vermiş yanğında 3 uşaq daxil olmaqla 4 nəfər həlak olub
Maqadanda beşmərtəbəli binanın mənzilində baş vermiş yanğında bir qadın və üç uşağın ölümü ilə bağlı cinayət işi açılıb.
“Sizinxeber.az” TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Maqadan vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
“RF CM-nin 109-cu maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb. İlkin məlumata görə, noyabrın 7-də saat 09:37-də (Bakı vaxtı ilə 02:37) “112” xəttinə Maqadanda Reçnaya küçəsi, 65 nömrəli evin beşinci mərtəbəsində yerləşən mənzildə yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı 1991-ci il təvəllüdlü qadının və 6-10 yaş arası üç azyaşlı uşağın meyiti aşkar edilib”, – idarədən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rusiyadda baş verən yanğında ana və üç uşağı ölüb
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub
Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir
Surqutda bağ evində baş vermiş yanğında 4 nəfər ölüb
Perinatal Mərkəzdəki güclü yanğın zamanı dörd körpə ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













