AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb


Rusiyada AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İstintaq Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacaq.

O da qeyd olunub ki, hazırda mülki və hərbi mütəxəssislərin izahatları alınır.

Kremlin məlumatında o da bildirilib ki, hazırda Azərbaycanın Baş Prokurorluğunun Qroznıda olan iki əməkdaşı Qroznıya ezam edilərək, Rusiyanın Baş Prokurorluğunun və Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər aparır.

Eyni zamanda Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq strukturları Aktau şəhərinin qəzanın baş verdiyi ərazisində birgə fəaliyyət göstərirlər.

Oxşar xəbərlər

TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Baş Prokurorluğu AZAL-a məxsus təyyarənin qəzasının səbəblərinin təhqiqatını xüsusi nəzarətdə saxlayır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluğun əməkdaşları təyyarə qəzası ilə bağlı Qroznıdadır, istintaq və digər prosessual hərəkətlər aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın Qəzaya uğrayan təyyarəsində 7 Rusiya vətəndaşı həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər