Ərdoğan Suriyadakı hakimiyyət dəyişikliyini Türkiyənin qələbəsi adlandırıb
sizinxeber.az xəbər saytı

Ərdoğan Suriyadakı hakimiyyət dəyişikliyini Türkiyənin qələbəsi adlandırıb


Suriyada hakimiyyət dəyişikliyi bu ölkənin qonşusu kimi həm də Türkiyənin qələbəsi idi.

"Sizinxeber.az" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Bəşər Əsəd rejimininin sona çatmasına sevinməyənlər Türkiyənin qələbəsini qəbul edə bilməzlər.

Bundan əvvəl Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırıb və ölkənin 500 milyard dollardan çox zərər çəkdiyini qeyd edib. Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasına töhfə verməlidir.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib.

Dekabrın 10-da 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Keçid hökuməti 2025-ci il martın 1-dək davam edəcək.

Oxşar xəbərlər

Suriyanın iki hava limanı yanvarın 21-dək bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada yeni hakimiyyətin lideri: Prezidentliyə namizəd olmağa hazıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya müxalifətinin lideri ölkədə baş verənləri bütün xalqın qələbəsi adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər