Gürcüstanda keçmiş hakimiyyətin cinayətlərinin araşdırılması üçün istintaq komissiyası yaradılacaq
sizinxeber.az xəbər saytı

Gürcüstanda keçmiş hakimiyyətin cinayətlərinin araşdırılması üçün istintaq komissiyası yaradılacaq


Gürcüstan parlamentində 2003-2012-ci illərdə keçmiş hakimiyyət nümayəndələri tərəfindən törədilmiş cinayət əməlləri faktlarının araşdırılması üçün müvəqqəti istintaq komissiyası yaradılacaq.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

"Müvəqqəti istintaq komissiyası rejimin məsul şəxslərini və rejimin törətdiyi cinayətlərdə əli olan digər şəxsləri çağırıb dindirəcək", - M.Mdinaradze brifinqdə deyib.

Onun sözlərinə görə, bu hərəkətlərin qiymətləndirilməsi Gürcüstanın bu gün üzləşdiyi təhdidlərin qarşısının alınması və gələcək stabil inkişafı üçün həlledici əhəmiyyət kəsb edəcək.

Bildirilib ki, komissiya parlamentin yaz sessiyasının ilk iclasında yaradılacaq.

Oxşar xəbərlər

Gürcüstan parlamenti Saakaşvilinin partiyasının fəaliyyətinə dair istintaq komissiyası yaradacaq
Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq
Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər