

Gürcüstanın Baş naziri Prezidentə xəbərdarlıq edib: Cinayət məsuliyyətinə cəlb oluna bilər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin olunması ideyası ilə bağlı xəbərdarlıq edib.
O, bildirib ki, əks halda Zurabişvili cinayət məsuliyyətinə cəlb olunacaq.
"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Kobaxidze bu barədə brifinqdə bildirib.
Baş nazir bildirib ki, şənbə günü Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, dörd illik səlahiyyət müddəti başa çatanda və ya parlament hökumətə etimad göstərmədikdə.
Baş nazir vurğulayıb ki, əgər Prezident buna baxmayaraq başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.
"Onun (Zurabişvili - red.) harada, dəmir barmaqlıqlar arxasında və ya azadlıqda yaşamağa davam edəcəyini görəcəyik”, - Kobaxidze fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyası 53,93 % səslə qalib gələrək qanunverici orqandakı 150 yerdən 89-unu qazanıb.
Oxşar xəbərlər
İrakli Kobaxidze: On iki nazir təyin olunub, yeni hökumət formalaşdırılıb
Kobaxidze: Gürcüstanda təkrar seçkilər keçirilməyəcək
Gürcüstanın Baş naziri: Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
Kobaxidze: Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
