Qazaxıstanın yeni iqtisadiyyat nazirinin adı məlum olub - YENİLƏNİB
Serik Jumanqarin Qazaxıstanın yeni milli iqtisadiyyat naziri - Baş nazirin müavini olub.
“Sizinxeber.az” “Akorda”nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.
“S.Jumanqarinin namizədliyi Qazaxıstan Məclisinin İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin iclasında razılaşdırılıb”, - Məclisin məlumatında bildirilib.
Qeyd edək ki, S.Jumanqarin bundan əvvəl Qazaxıstan Baş nazirinin müavini vəzifəsində çalışıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bu barədə “Sizinxeber.az” "Akorda"nın mətbuat xidmətinə istinadən xəbər verir.
"Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, N.Baybazarov 2024-cü ilin fevralından Baş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Tokayev Terrorla Mübarizə və Xarici Kəşfiyyat Xidmətlərinin rəhbərlərini vəzifədən azad edib
Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
