ABŞ Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcək
sizinxeber.az xəbər saytı

ABŞ Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcək


Prezident Cozef Baydenin başçılıq etdiyi hazırkı Amerika administrasiyası səlahiyyət müddəti bitməmiş Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Gürcüstandakı vəziyyəti şərh edən Miller deyib: “Siz bizim reaksiyamızı necə sərtləşdirdiyimizi gördünüz və biz əlavə sanksiyalar da daxil olmaqla, reaksiyamızı sərtləşdirməyə davam edəcəyik. Bu sanksiyaların konkret nədən ibarət olacağını deməyəcəyəm. Amma bəli, səlahiyyət müddətimiz bitməmiş Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.

Xatırladaq ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib.

Oxşar xəbərlər

ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək
ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq edəcək
ABŞ Gürcüstanda 20-yə yaxın şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edəcək
ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər