Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir
Fransa Prezidenti Emmanuel Makron atəşkəs zamanı Ukraynada 40 minə yaxın hərbçinin yerləşdirilməsini planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri missiyanın göndərilməsi layihəsi üzərində işləyən Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Eli Tenenbaumа istinadən yazır.
Məqalədə qeyd olunur ki, Fransa Ukraynaya sülhməramlı missiya göndərməyi təklif edir. Bu missiya Rusiya tərəfinin gələcəkdə mümkün atəşkəsi və müəyyən edilmiş demarkasiya xəttini pozmayacağına zəmanət verəcək. Makron bu planı Varşavaya səfəri zamanı müzakirə edəcək.
"Sülhməramlı missiya beş briqadadan - təxminən 40 min əsgərdən ibarət ola bilər. Onlardan birinə Polşa komandanlıq edə bilər", - ekspert bildirib.
Dekabrda Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs zamanı Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.
Oxşar xəbərlər
Almaniya XİN: Ukraynaya hərbçilərimizin göndəriləcəyini istisna etmirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ diplomatiyasının yeni rəhbəri Ukraynaya qoşun göndərilməsini istisna etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Kiyevi işğal etsə… - Makron hədələdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa hərbçisi: Makron diplomatiyamızı tamamilə məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












