Peskov: Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur
Karib böhranından sonra Kreml və Ağ ev arasında yaradılmış qaynar xətt hazırda istifadə edilmir.
“Report” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov -a açıqlamasında söyləyib.
O, sözügedən rabitə xəttinin fəaliyyət göstərib-göstərmədiyinə dair suala mənfi cavab verib.
“Xeyr. Rusiya və ABŞ prezidentləri arasında ünsiyyət, hətta videoəlaqə üçün xüsusi qorunan xətt var”, – Peskov qeyd edib. O əlavə edib ki, hazırda bu xətt üzərindən də hətta təcili əlaqələr də qurulmur.
Kremlin saytında verilmiş görə, Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden arasında son telefon danışığı 2022-ci il fevralın 12-də baş tutub.
Qeyd edək ki, “Qırmızı telefon” kimi tanınan qaynar xətt 1963-cü ildə Karib böhranından sonra ABŞ və SSRİ arasında təcili danışıqlar üçün yaradılmışdı. Son illərdə Rusiya və ABŞ prezidentləri “qırmızı telefon” əvəzinə adi qapalı xətt vasitəsilə ünsiyyət qururdular.
Oxşar xəbərlər
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib
Peskov: Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













