Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın yenidən başlamasının tərəfdarıdır
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın ortaq prioritetlər və konkret əməkdaşlıq mexanizmlərini müəyyən edən yol xəritəsi əsasında yenidən başlanmasının tərəfdarıdır.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerikanın Müstəqillik Günü münasibətilə ABŞ səfirliyində təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstan uzun illərdir ABŞ-nin sadiq, etibarlı və məsuliyyətli tərəfdaşı olub və regional təhlükəsizlik məsələlərində Vaşinqtonla ardıcıl əməkdaşlıq edib.
"ABŞ strateji prioritetlərini həyata keçirmək üçün Gürcüstanın dəstəyinə ehtiyac duyduğu zaman ölkəmiz hər zaman etibarlı tərəfdaş kimi bu çağırışa cavab verib", – Kobaxidze vurğulayıb.
Onun sözlərinə görə, son geosiyasi proseslər Cənubi Qafqazın həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyətini daha da artırıb və bu şəraitdə Gürcüstanın rolu xüsusi önəm daşıyır.
Baş nazir qeyd edib ki, mövcud geosiyasi dəyişikliklər fonunda iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur:
"Son illərdə yaranan çətinliklərə baxmayaraq, inanırıq ki, ümumi prioritetləri, əməkdaşlığın praktiki mexanizmlərini və aydın strateji məqsədləri müəyyən edən konkret yol xəritəsi vasitəsilə strateji tərəfdaşlığımızı yenidən başlatmağın vaxtı gəlib çatıb. Gürcüstan qarşılıqlı hörmətə, ədalətə və əməkdaşlıq üçün aydın çərçivəyə əsaslanan strateji tərəfdaşlıq təklif edir".
Oxşar xəbərlər
İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq
Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb
Kobaxidze İrəvandakı çıxışı barədə məlumat yayıb
Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir
İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib
