İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
sizinxeber.az xəbər saytı

İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüş keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Hökumət Administrasiyasında baş tutan görüş zamanı ATƏT ilə əməkdaşlıq perspektivləri, regionda mövcud geosiyasi vəziyyət və Gürcüstanın qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılıb.

Baş nazir Gürcüstana səfərinə və ATƏT ilə sıx əməkdaşlığa görə təşkilatın baş katibinə təşəkkürünü bildirib. Görüşdə Gürcüstanın demokratik dəyərlərə, insan hüquqlarına və qanunun aliliyinə sadiqliyi bir daha vurğulanıb.

Tərəflər Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti də müzakirə ediblər. Gürcüstan tərəfi ATƏT-in Cenevrə beynəlxalq danışıqlarında həmsədrliyini və insidentlərin qarşısının alınması, cavab tədbirləri mexanizmi (IPRM) çərçivəsində iştirakını yüksək qiymətləndirib. Gürcüstan hökumətinin sülhməramlı siyasətə sadiq olduğu da qeyd olunub.

Görüş zamanı Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, ATƏT Avropada təhlükəsizlik arxitekturası üzrə dialoqun əsas platforması olaraq qalmalıdır.

Oxşar xəbərlər

ATƏT-in baş katibi: Gürcüstanda sabitlik region üçün həyati əhəmiyyət daşıyır
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib
Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər