Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb
sizinxeber.az xəbər saytı

Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb


Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə - 6,47 milyard ABŞ dollarına çatıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu qonşu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, müsbət iqtisadi tendensiyalar fonunda təkcə ötən ay Gürcüstan Milli Bankı valyuta ehtiyatlarını 154,2 milyon ABŞ dolları artırıb.

Bundan başqa, onun sözlərinə görə, ölkənin milli valyutasının - larinin məzənnəsi sabit qalıb. İ.Kobaxidze əldə olunan nəticələrə görə hökumətin iqtisadi komandasına, o cümlədən Milli Bank rəhbərliyinə təşəkkür edib.

Baş nazir vurğulayıb ki, hökumət yüksək iqtisadi artım tempini, fiskal sabitliyi və valyuta ehtiyatlarının davamlı artımını qorumaq üçün fəaliyyətini davam etdirəcək.

Oxşar xəbərlər

Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ilə qədər 72 milyard dolları keçəcək
IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 16 %-ə yaxın artıb
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər