Aygün Əliyeva: Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür
Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.
O qeyd edib ki, zaman-zaman tarixi ədalətsizliklərlə türk dövlətlərini ayırmaq istəsələr də, buna nail ola bilməyiblər:
“Bu gün türk dünyası reallıq və tarixi missiyadır. Türk dünyası həm də mirasdır və biz bu mirası qorumalıyıq. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bütün türk dünyasının zəfəridir. Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi böyük türk dünyasının körpüsüdür”.
A.Əliyeva daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətindən söz açaraq vurğulayıb ki, bu il Azərbaycan və Qazaxıstan qeyri-hökumət təşkiıatlarının forumu keçiriləcək:
“Həmçinin Türk Dövlətləri Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətlərinin iclası olacaq”.
Oxşar xəbərlər
Səfir: TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir
Aygün Əliyeva: İnsan kapitalının gücləndirilməsi ilə Türk coğrafiyasının inkişafına nail olmaq olar
Türkiyəli nazir: Qarabağ zəfəri bütün Türk dünyasının zəfəridir
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
