İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
sizinxeber.az xəbər saytı

İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir


İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.

Bu barədə “Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq. Görüş hər iki tərəfin konstruktiv kimi qiymətləndirdiyi Maskatda keçirilən birinci raund danışıqlardan bir həftə sonraya təsadüf edir.

Xatırladaq ki, dünən Əraqçi Moskvada Tehranın Amerika tərəfinin realizm nümayiş etdirməsi şərti ilə Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu söyləmişdi.

Oxşar xəbərlər

İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uitkoff İranla danışıqlardan əvvəl İsrail kəşfiyyatının rəhbəri ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri: Oman danışıqları zamanı ABŞ-nin niyyətinin ciddiliyinə şahid olduq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər