Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb
sizinxeber.az xəbər saytı

Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb


Ermənistanda Baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş müqaviləsi" Partiyası ölkə parlamentindəki 105 mandatdan 64-nü qazanaraq konstitusiya çoxluğunun 3/5-nü təmin edib.

"Report"un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Hovakimyan bunu MSK-nın yerli telekanallar tərəfindən yayımlanan iclasında açıqlayıb.

Onun sözlərinə görə, "Vətəndaş müqaviləsi" partiyas siyahılarından 61, rus icmasının nümayəndəsi də daxil olmaqla, milli azlıqların nümayəndələrindən isə əlavə üç mandat alıb.

"Güclü Ermənistan" bloku 28 mandat və milli azlığın nümayəndəsindən bir, "Ermənistan" bloku isə 12 yer alıb.

Beləliklə, hakim partiya hökuməti təkbaşına formalaşdırmaq və Konstitusiya qanunları qəbul etmək qabiliyyətinə malikdir, lakin 2/3-dən ibarət ixtisaslı çoxluğa malik deyil.

Oxşar xəbərlər

Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi
Ermənistanda MSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
Yaponiyanın hakim partiyası 12 ildə ilk dəfə parlamentdəki çoxluğunu itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər