SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-yə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-yə xəbərdarlıq edib


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının blokadaya alınması ilə bağlı bəyanatları fonunda ABŞ-yə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu, SEPAH-ın "Telegram" kanalındakı bəyanatda qeyd olunub.

Onların məlumatına görə, Hörmüz boğazında pilotsuz uçuş aparatlarının köməyi ilə mövcud vəziyyətin monitorinqi həyata keçirilir, istənilən dinamika və axınlar İran Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

"İstənilən yanlış hərəkət düşməni boğazdakı ölümcül burulğanlara çəkəcək", - bəyanatda bildirilir.

Oxşar xəbərlər

İran SELEN konteyner gəmisini Hörmüz boğazına yerləşdirib
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
SEPAH "Gerçək vəd 4" əməliyyatının növbəti dalğasını həyata keçirib
WSJ: İran müharibəni dayandırmaq üçün ABŞ-yə ultimatum irəli sürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər