SEPAH İsraildə iki aviabazaya zərbələr endirib
İran İsraildəki Nevatim və Tel-Nof aviabazalarına zərbələr endirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda qeyd edilib ki, əməliyyat İsrailin İranın üç müxtəlif regionunda bir neçə radiolokasiya obyektinə endirdiyi raket zərbəsinə cavab olaraq həyata keçirilib.
Öz növbəsində, İsrail Müdafiə Ordusu səhər saatlarında İran tərəfindən İsrailə atılan bütün raketlərin hava hücumundan müdafiə (HHM) vasitələri tərəfindən ələ keçirildiyini bəyan edib.
Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.
ABŞ Prezidenti Donald Tramp İran və İsraili təmkinli olmağa çağırıb, lakin bunun heç bir nəticəsi olmayıb.
Daha əvvəl İranın rəsmi şəxsləri və hərbçiləri münaqişənin eskalasiyası halında İsrailə, ABŞ-yə və onların müttəfiqlərinə yenidən raket zərbələri endirməyə hazır olduqları barədə xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
SEPAH: İran İsraildəki "Nevatim" və "Hatzerim" aviabazalarına zərbələr endirib
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
İran İsrailin zərbəsinə cavab olaraq nizami ordunu cəlb edə bilər
KİV: İran İsrail hərbi bazasına zərbələr endirib, 20 ədəd təyyarə vurulub
İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
