Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
02 
in
2025
16:30

Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq"

02 in, 2025
16:30
728

Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq"

“Türk Petrolları A.O” neft şirkəti (TPAO) Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” qaz yatağının işlənməsi layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın BP şirkətinin tərəfdaşı olacaq.

"Sizinxeber.az" “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində jurnalistlərə bildirib.

Nazir vurğulayıb ki, TPAO “Şəfəq-Asiman” qaz yatağına tərəfdaş kimi daxil olur: Ümid edirəm ki, Bakı Enerji Həftəsi çərçivəsində saziş imzalayacağıq və həmçinin bu yataqda hasilata başlayacağıq".

O əlavə edib ki, TPAO bu layihədə 30 % pay alacaq: "TPAO-nun burada iştirakı güclənəcək. Biz digər yataqlarla bağlı müzakirlər də aparırıq. Xüsusilə, Xəzər dənizində işləri aktivləşdirməyi planlaşdırırıq".

A.Bayraktar vurğulayıb ki, Türkiyə və Azərbaycanın enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir: "Ümid edirəm ki, yaxın dövrdə alternativ mənbələrdən Avropaya qaz tədarükü ilə bağlı layihələr üzrə yeni addımlar atılacaq".

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına toxunan nazir əlavə edib ki, perspektivdə Naxçıvanda "yaşıl enerji” istehsalı, onun Türkiyəyə və daha sonra Türkiyə vasitəsilə tranzitlə Avropaya çatdırılması üzrə layihələr birgə hazırlanacaq.

Bizimlə əlaqə saxlayın