KİV: İsrail hesab edir ki, ABŞ-nin zərbələrinə baxmayaraq İranın zənginləşdirilmiş uranı qalıb
İsrailin hərbi hücumlarına və ABŞ-nin nüvə obyektlərinə zərbələrinə baxmayaraq, İran hələ də zənginləşdirilmiş uran ehtiyatlarına malikdir.
"Report" xəbər verir ki, bu barədə "The Nyu York Times" qəzeti İsrailin yüksək vəzifəli məmuruna istinadən yazır.
Onun sözlərinə görə, Fordo və Natanzadakı zənginləşdirilmiş uran ehtiyatları toxunulmaz qala bilər. Eyni zamanda, ABŞ və İsrail qeyd olunan nüvə obyektlərindəki bütün sentrifuqaları sıradan çıxara və ya zədələyə bildiklərini qiymətləndirməkdə razılaşırlar. Bundan əlavə, nəşr qeyd edib ki, Tehranın onları iş vəziyyətinə qaytarmağa çalışacağı ehtimalı azdır.
Qəzet qeyd edib ki, İran bir çox nüvə proqramını bir yerdə cəmləşdirmək əvəzinə siyasətlərini dəyişdirə və nüvə proqramını ölkədəki kiçik müəssisələrə paylamağa başlaya bilər. İran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmağa can atmır. AEBA-nın baş direktoru Rafael Qrossi Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib ki, agentlik Tehranın nüvə silahına hazırlıq əlamətlərini qeydə almayıb.
Oxşar xəbərlər
İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
İranın 60% zənginləşdirilmiş 400 kiloqram uranı yoxa çıxıb
İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
