Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1
Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.
Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar indiyədək respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
***
12.46
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonun Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb.
***
06.30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Sizinxeber.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonun Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb.
Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB - FOTO
Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub
Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
